XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 April 2018 - 15:40

Tramp neftin baha olmasına etiraz etdi:“Qiyməti süni şəkildə qaldırırlar, bu qəbuledilməzdir”

 

ABŞ prezidenti Donald Tramp nüftin hazırkı qiymətinin süni şəkildə yüksək olduğunu bildirib. Tramp bu barədə “Twitter”də yazıb. O bildirib ki, neftin qiyməti süni şəkildə yüksəkdir və belə bir vəziyyət yaxşı deyil: “Bu, qəbuledilməzdir”. Tramp niyə belə fikirdə olduğunu izah etməyib.

Qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanında OPEK+ formatında görüş keçirilir. Bu format çərçivəsində OPEK ölkələri və Rusiya neft hasilatını azaltmaq barədə razılığa gəliblər və bu qərar 2017-ci ilin yanvarından bəri qüvvədədir. (APA)