XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

20 Aprel 2018 - 21:40

Rusiyanın iqtisadi inkişaf naziri Azərbaycana gəlir –Vaxt açıqlandı

 

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Azərbaycana səfər etməlidir.

Azərbaycan İqtisadiyyat Nazirliyinin məlumatına görə, səfər aprelin 22-də baş tutacaq. Rusiyalı nazirin Azərbaycanlı həmkarı Şahin Mustafayevlə görüşəcəyi, ikitərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə edəcəyi bildirilir. Səfərin aprelin 23-də başa çatacağı gözlənir.

Rusiyanın iqtisadi inkişaf naziri ötən ilin dekabrında da Azərbaycana gəlmişdi. O, Şahin Mustafayev və prezident İlham Əliyevlə Azərbaycan-Rusiya işgüzar münasibətlərini müzakirə etmişdi.

Həmin səfər çərçivəsində Azərbaycan və Rusiya şirkətləri arasında müxtəlif sahələr üzrə anlaşma memorandumları imzalanmışdı.