XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 April 2018 - 23:00

”Azərbaycana qoyulan xarici sərmayələr 31 faiz azalıb” –İqtisadçı Nemət Əliyev  

 

“Xarici sərmayədarlar Azərbaycanda duruş gətirmir. Sərmayələrini ölkədən çıxarırlar”.

İqtisadçı Nemət Əliyev belə deyir. Xarici sərmayədarların sərmayələrini Azərbaycandan çıxarmasının nədir səbəbi?

Nemət Əliyev deyir ki, yüksək tribunalardan xalqa inkişaf nağılları söyləyənlərdən heç kim bunun açıqlamasını verə bilməz: “2018-ci ilin I rübündə Azərbaycana qoyulan xarici sərmayələr ötən ilə nəzərən 31 faiz və ya 361 milyon dollar azalıb. 2015-ci ilin I rübü ilə müqayisədə göstərici 811 milyon dollar (50 faiz) azalıb. Bunu heç nə ilə izah etmək olmaz”.

İqtisadçı son 4 il ərzində ölkəyə yatırılan xarici sərmayələrin miqdarını da açıqlayıb.

2018-ci ilin I rübündə 816 milyon dollar;

2017-ci ilin I rübündə 1177 milyon dollar;

2016-cı ilin I rübündə 1243 milyon dollar;

2015-ci ilin I rübündə 1627 milyon dollar.

Nemət Əliyev deyir ki, dinamikadan göründüyü kimi 2015-ci ildən sonra Azərbaycana yönələn xarici sərmayələr bir qayda olaraq azala-azala gedib. (Meydan.TV)