XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 April 2018 - 13:08

İlk üç ayda vətəndaşlar 1280 manat gəlir əldə edib –Statistika Komitəsi

Yanvar-mart aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,8 faiz artaraq 12533,3 milyon manat olub və ya əhalinin hər nəfərinə orta hesabla 1280,5 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTACa bildiriblər ki, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 11582,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövründəkindən 10,2 faiz çox vəsait qalıb.