XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 April 2018 - 23:15

Putinin dostunun bankda olan 2 milyardı donduruldu –Rus oliqarxı çətin vəziyyətdə

 

 ABŞ-ın Rusiyaya qoyduğu iqtisadi sanksiyalar Kremlə yaxınlığı ilə seçilən oliqarxları çətinə salıb.

Reuters agentliyi yazır ki, ABŞ-ın rus milyarder Viktor Vekselberqə qoyduğu sanksiyalar onun “Renova” qrupunun nəzarət etdiyi bəzi şirkətlərin dollar hesablarının bloklanması ilə nəticələnib. Bu hesablarda 1,5-2 milyard dollar məbləğində pul var.

​Bunlardan biri “Sulzer” maşınqayırma konsernidir. Həm bu konsern, həm də Avropadakı bəzi başqa şirkətlər sanksiyalar altına düşməmək üçün bundan öncə təcili şəkildə “Renova”da minlərlə səhmlərini almağa məcbur olmuşdular. ​(Azadlıq Radiosu)