XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

18 Aprel 2015 - 05:59

Heydər Əliyevin şərəfinə hazırlanan “İPhone”nun qiyməti 6300 manatdır

“Azərbaycana Heydər Əliyevin şəkli olan Ayfonlardan cəmi 6 ədəd gətirilib”.

Bu barədə Axar.az-a açıqlamasında “Caviar” şirkətinin nümayəndəsi söyləyib.

O, ayfonlardan artıq ikisinin satıldığını bildirib:

“Heydər Əliyevin şəkli olan ayfonlardan 6 ədəd gətirilib. Onlardan 2-si satılıb. Hazırda 4-ü qalıb. Ağ qızılla olan ayfon 6300 manat, gerblə olan isə 4800 manatdır”.

Qeyd edək ki, “Caviar” italyan brendi üzərində Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin rəsmi olan qızıl telefonlar hazırlayıblar. Yeni Supremo kolleksiyası Ayfon 6 smartfonlarından ibarətdir. Kolleksiyaya daxil olan Supremo Aliyev, Supremo Aliyev Titano White Gold, eləcə də Azərbaycan gerbinin əks olunduğu modellər Perla Penna zərgərlik emalatxanasının ustaları tərəfindən yüksək peşəkarlıqla hazırlanıb. Hər iki telefon ağ qızılla uyğunluqda titandan hazırlanıb, mükəmməl dizaynı isə bu modeli digərlərindən fərqləndirir. Onlardan birinin üzərində Azərbaycanın gerbi və ümumilli liderin imzası, digərində isə imza ilə yanaşı, unudulmaz “Mən fəxr edirəm ki, azərbaycanlıyam” sözləri və Azərbaycan bayrağı əks olunub. Limitli kolleksiyanı Caviar-Azərbaycan butikindən əldə etmək olar.