XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

25 Aprel 2018 - 18:47

Nazirlər Kabinetinin dövlət qulluqçularının pensiyası ilə bağlı sorğusu icraata qəbul edilib- Konstitusiya Məhkəməsi tərəfindən

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusuna baxılaraq icraata qəbul edilməsi haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə müvafiq olaraq Konstitusiya Məhkəməsi Plenumunun mayın 11-nə təyin edilmiş iclasında baxılacaq.

Qeyd edək ki, “Dövlət qulluğu haqqında” qanunun 33.2-ci maddəsinə əsasən, dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur.