Dünya birjalarında Brent markalı neftin qiyməti ucuzlaşıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin 1 barelə görə qiyməti 0,24 dollar və ya 0, 35% ucuzlaşaraq 67,86 dollar olub.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,45 dollar və ya 0,60% enərək 74,19 dollar olub. (FED.az)