XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

30 Aprel 2018 - 19:50

Mərkəzi Bank 1 milyard 307 milyon manat pulu məhv edib –Hesabat

 

2017-ci il ərzində Azərbaycan Mərkəzi Bankı çap şirkәtindәn 410 mln. 677 min manat mәblәğindә yeni pul nişanları tәhvil alıb.

“APA-Economics” AMB-nin yaydığı maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2016-cı ildəkindən 43,54 dəfə çoxdur. Belə ki, 2016-cı ildə AMB 9 mln. 432 min manat məbləğində yeni pul nişanları tәhvil alıb.

Hesabat dövründə AMB 1 mlrd. 307 mln. 505 min manat mәblәğindә pul nişanlarını mәhv edib. Bu, 2016-cı ildəkindən 604,839 mln. manat çoxdur. Belə ki, 2016-cı ildə  AMB  702,666 mln. manat məbləğində pul nişanlarını mәhv edib.