XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 April 2018 - 22:00

Ərzaq istehsalçıları üçün sürpriz dəyişiklik –Dövlət standartının tətbiqi könüllü olacaq

 

Prezident İlham Əliyev “Standartlaşdırma haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Dəyişikliyə görə, qanunun 6-cı maddəsinə aşağıdakı məzmunda cümlə əlavə edilib: “Ərzaq məhsulları üçün dövlət standartları yalnız tövsiyə olunan tələbləri müəyyənləşdirir və həmin dövlət standartlarının tətbiqi könüllü xarakter daşıyır.”

Başqa sözlə, ərzaq məhsullarının istehsalçıları üçün dövlət standartlarının tətbiqi tövsiyə xarakteri daşıyır və onların bu standartı tətbiq edib-etməməsi könüllü, yəni sahibkarlardan asılı olacaq.

Qanuna edilən dəyişiklik 2018-ci il iyulun 1-dən qüvvəyə minəcək. (Fed.az)