XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 April 2015 - 15:04

“Spiegel”: “Rusiya Yunanıstana beş milyard avro ayıracaq”

Sazişin imzalanması 21 aprelə nəzərdə tutulub

Moskva və Afina Yunanıstana qaz tranziti üçün ilkin ödəniş qismində 3-5 milyard avro ayrılması haqda saziş imzalamağı planlaşdırır.

Strateq.az “Spiegel” dərgisinə əsasən xəbər verir ki, yunanlar bu pula “Türk axını” layihəsi çərçivəsində ümid edə bilərlər.

Afinadakı mənbə bildirib ki, bu sövdələşmə Yunanıstanın baş naziri Siprasın Moskva səfərində prezident Putinlə müzakirə edilib və sazişin imzalanması aprelin 21-ə nəzərdə tutulub.

Afina ümid edir ki, Rusiya tranşı sayəsində AB ilə borc öhdəlikləri üzrə danışıqları təxirə salmaq mümkün olacaq.