XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 May 2018 - 18:53

Banklarda rəqəmsallaşdırma işləri yekunlaşacaq- 2018-ci ilin sonuna qədər

“2018-ci ilin sonuna banklarda rəqəmsallaşdırma işləri yekunlaşacaq”.

“APA-Economics”in məlumatına görə, bunu bu gün Bakı şəhəri “Pullman” otelində ölkəmizin aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə “Rəqəmsal Biznes Trendləri” devizi altında keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF2018) Maliyyə Bazarlarına Nəzarət Palatasının Bank Fəaliyyətinə Nəzarət Departamentinin Xarici Nəzarət İdarəsinin rəisi Taleh Nəhmətov deyib.

Onun sözlərinə görə, artıq bununla bağlı bütün kommersiya bankları ilə danışıqlar aparılıb və onlardan razlıq alınıb.