XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

08 May 2018 - 00:05

Vergilər Nazirliyinin rəsmisi:“Qanunvericiliyin tez-tez dəyişdirilməsi məqsədimiz deyil”

“Qanunvericiliyin tez-tez dəyişdirilməsi məqsədimiz deyil”

2019-cu il üçün Vergi Məcəlləsində dəyişikliklər paketi hazırdır. FED.az xəbər verir ki, bu açıqlamanı Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanov FİF-2018 tədbirində çıxışı zamanı səsləndirib.

“Qanunvericiliyin tez-tez dəyişdirilməsi məqsədimiz deyil, ancaq müəyyən məqamların daha da aydınlaşdırılması, biznes mühitinin əlverişliliyinə imkan verən məsələlərin qarşıdakı dəyişikliklərdə nərəzə alınması hədəflənib”, – deyən N.İmanov elektron qaiməyə keçiddən sonra vergi yoxlamalarının sayının azaldığını vurğulayıb.  

 

Onun sözlərinə görə, dövlət tərəfindən əlverişli mühitin yaradılmasına adekvat olaraq  sahibkarlar da əməliyyatları şəffaflaşdırılmalı, hesabatlılığı yüksəltməlidirlər: “Dövlət orqanına nə qədər açıq olsalar, şəffaflıq mühitini nə qdər açıq saxlasalar, fəaliyyətlərinin partnyor çərçivəsində davam etməsinə şərait yaratmış olarlar. Hər şey uçotdan başlayır, uçot olmayan yerdə nizam-intizam da olmaz. Görünür ki, artıq vergi ödəyiciləri daha çox əməliyyatlarını rəsmiləşdirməyin tərəfdarıdırlar”.