Dünya Bankı Azərbaycanda 2018-2020-ci illər üçün inflyasiya ilə bağlı proqnozunu açıqlayıb.
Dünya Bankının “Kriptovalyutalar və Blokçeyn texnologiyaları: Avropa və Mərkəzi Asiya Regionu üzrə İqtisadi Məruzə (Cryptocurrencies and Blockchain: Europe and Central Asia Economic Update)” adlı yeni hesabatında qeyd olunub ki, bu il Azərbaycanda inflyasiya 6,4% təşkil edəcək.
“2019-cu ildə Azərbaycanda qiymət artımı 4,2%, 2020-ci ildə isə 3,9% olacaq”, – deyə hesabatda vurğulanıb/APA