XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

10 May 2018 - 17:00

ARDNF hesabat verdi –"Şahdəniz" və AÇG-dən 133.815 milyard qazanc əldə edilib

Bu gündək Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə mənfəət nefti və “Şahdəniz” qaz-kondensat yatağı üzrə mənfəət qazının satışından, ümumilikdə, 133,815 milyard ABŞ dolları daxil olub.

Bu barədə Strateq.az-a ARDNF-dən verilən məlumata görə, 2001-ci ildən bu il mayın 1-dək AÇG yatağı üzrə mənfəət neftinin satışından 131,309 mlrd. dollar gəlir əldə olunub: “Bu məbləğin 2,823 mlrd. dolları bu il daxil olan vəsaitin payına düşüb. 2007-ci ildən bu il mayın 1-dək “Şahdəniz” yatağı üzrə mənfəət qazının satışından Fonda 2,506 mlrd. dollar daxil olub”.