XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 May 2018 - 13:54

TANAP-ın istifadəyə veriləcəyi tarix yenidən dəyişdirilib  

 

Azərbaycan təbii qazını Türkiyəyə nəql edəcək Trans-Anadolu boru kəmərinin (TANAP) istifadəyə veriləcəyi tarix yenidən dəyişdirilib.

“APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayraq iyunun 12-də boru kəmərinin istifadəyə verilələcəyini bildirib.

Xatırladaq ki, bundan əvvəl TANAP boru kəmərinin iyunun 19-da istifadəyə veriləcəyi bəyan edilmişdi.