XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

13 May 2018 - 17:52

Ekspert:“Taxılçılıq sahəsində geriləmələr müşahidə edilir”

 

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən onu demək olar ki, ölkədə mövcud olan əkin sahələrin əsas hissəsi, 65-70 faizi taxıl bitkilərinin əkini üçün istifadə edilir. Son bir neçə ildə taxılçılığın inkişafı üçün dövlət dəstəyi nəzərdə tutulsa da, bu sahəyə, xüsusilə, buğda və çəltik istehsalı üçün dövlət büdcəsindən hər hektara görə 90 manat subsidiya verilsə də Azərbaycan ərzaq buğdasına olan ehtiyacını daxili istehsal hesabına ödəyə bilmir.

Bunu kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib.

Ekspert qeyd edib ki, ölkənin cəmi 1,4 milyon ton ərzaq buğdasına ehtiyacı olduğu halda, bu tələbat tam olaraq idxalın hesabına ödənilir. Vahid Məhərrəmovun sözlərinə görə, ölkəyə buğda əsasən Rusiyadan idxal edilir: “Dövlət büdcəsindən həmçinin toxumçuluğun inkişafına, xaricdən mineral gübrələrin alınaraq ölkəyə gətirilməsinə, texnika ilə bağlı problemlərin həllinə külli miqdarda maliyyə vəsaiti ayrılır. Ölkəyə son zamanlar dövlət hesabına Avropa istehsalı, təxminən hər birinin qiyməti 100 min avro olan taxılbiçən kombaynlar alınaraq gətirilib. Lakin bütün bunların müqabilində taxılçılıq sahəsində geriləmələr müşahidə edilir”.

Kənd təsərrüfatı üzrə ekspert qeyd edib ki, fermerlərə çatan az miqdarda maliyyə vəsaiti isə sahənin normal inkişafı üçün yetərli deyil: “Ona görə ki, son bir neçə ildə istehsal vasitələrinin qiymətləri kəskin şəkildə artıb. Dizel yanacağının, benzinin, texnikanın, mineral gübrələrin və pestisidlərin qiymətləri artdığı halda bu sahədə məhsuldarlığı artırmaq mümkün olmamışdı. Taxıl istehsalı ilə məşğul olan fermerlər üçün dövlət büdcəsindən ayrılan subsidiyanın həcmi optimal şəkildə artırılmalıdır”. (teleqraf.com)