XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

14 May 2018 - 19:40

Moskva məhkəməsi Azərbaycan Beynəlxalq Bankının 41,6% payına həbs qoydu –QƏRAR

 

Moskvanın Arbitraj Məhkəməsi Sberbank-ın ərizəsi əsasında Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiya şöbəsinin 41,6% payına həbs qoyub.

Xəbəri İnterfaks agentliyi yayıb. 2017-ci ilin yazında ABB borclar üzrə öhdəliklərin restrukturizasiyasının başladığını elan edib. Bu ilin aprelində Sberbank Azərbaycan bankına qarşı kredit müqaviləsi üzrə 24,3 mln. dollar ölçüsündə borcun alınması iddiası ilə İngiltərə və Uelsin Yüksək Ədalətli Mühakimə Məhkəməsinə müraciət edib.

Rusiya məhkəməsinin materiallarında qeyd edilir ki, Nyu-Yorkda ABŞ-ın Federal Bankrot Məhkəməsi ABB-nin ABŞ ərazisində olan aktivlərinə moratorium qoyub, habelə restrukturizasiya planına daxil edilmiş öhdəliklərlə bağlı icra aktlarının açılmasına və ya işə salınmasına məhkəmə qadağası qoyub. Bu, o deməkdir ki, ABB-yə və ya onun əmlakına qarşı istənilən addımlar nəticəsiz qalacaq. Bundan başqa, bu ilin martında ABB Rusiyanın “ABB-Moskva” bankını ləğv etmək qərarı qəbul edib.

“ABB-Moskva”nın 41,6% payı 1,317 mlrd. rubl olaraq qiymətləndirilib. Məhkəmə qərarı dərhal icra olunmalıdır.