XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 May 2018 - 21:49

Qızıl-gümüş bazarında qiymətlər yenə düşdü

Mayın 16-da Azərbaycanda qiymətli metalların qiyməti ucuzlaşıb.

Trend-in məlumatına görə, qızılın qiyməti mayın 15-i ilə müqayisədə 28,594 manat azalaraq 1 troy unsiyası üçün 2200,208 manat təşkil edib.

Gümüş 0,2945 manat ucuzlaşaraq 1 unsiya üçün 27,7177 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 17,7905 manat azalaraq 1529,3285 manat, palladiumun qiyməti 15,5635 manat azalaraq 1672,1115 manat təşkil edib.