XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 May 2018 - 23:27

Tramp:“Çin Amerika fermerlərindən istehsal etdikləri qədər məhsul ala biləcək”

 

ABŞ prezidenti amerikalı fermerlərin Çinlə ticarətdən bəhrələnəcəyini bildirib.

“Çinlə əldə etdiyimiz razılığa görə, o ölkə nəhəng Amerika fermerlərindən onların istehsal etdikləri qədər məhsul ala biləcək” , Tramp Twitter hesabında yazıb.

Daha bir şərhində prezident “Çinin böyük həcmdə ƏLAVƏ ferma, kənd təsərrüfatı məhsulları alması son illər fermerlərimiz üçün atılan ən yaxşı addımdır!” – deyə, bildirib.

Çin və Birləşmiş Ştatlar şənbə günü bildiriblər ki, onlar ABŞ-ın Pekinlə ticarət defisitini əhəmiyyətli dərəcədə azaldılması ilə bağlı atılacaq addımlarda konsensusa nail olublar. (Amerikanın Səsi)