XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

22 May 2018 - 12:42

“Ödənişlərin az olması vergi siyasətinin sərtləşdirilməsini tələb edir” –Hesablama Palatasının sədri

 

“2017-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərində 15 mədaxil mənbəyi üzrə proqnoza tam icra olunub”.

“APA-Economics”in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. O bildirib ki, ötən il  7 mədaxil mənbəyi üzrə isə proqnoza əməl edilməyib.

Hesablama Palatasının rəhbəri əlavə edib ki, ötən il büdcə gəlirlərinin 46,8%-i ilin I yarısında təmin olunub. V.Gülməmmədov gəlirlər üzrə icra səviyyəsini də açıqlayıb: “Gəlirlər üzrə ən yüksək icra göstəricisi yol vergisi üzrə (151%), ən aşağı icra göstəricisi isə səhmləri dövlətə məxsus olan müəssisələr üzrə (42,9%) qeydə alınıb. Divident ödənişlərinin az olması büdcə ilə bağlı vergi siyasətinin sərtləşdirilməsini tələb edir.