“Kredit ittifaqlarının bağlanmasının səbəbini devalvasiyanın nəticəsi kimi qiymətləndirirəm. Bank sektoru ümumilikdə devalvasiyasının acı nəticələrini dəf edə bilməyib. Ona görə də kreit ittifaqları arasında sabah bank adına rast gəlsəm, təəccüblənmərəm”.
Bunu iqitsadçı ekspert Samir Əliyev Strateq.az saytına Maliyyə Bazarlarına Nəzarət Palatasının 6 kredit ittifaqının lisenziyasının ləğv etməsi barədə qərarını şərh edərkən bildirib. Ekspertin sözlərinə görə, kredit ittifaqlarının sayı banklardan ən azı 2 dəfə çox olsa da, kreditləşmədə payı müqayisə olunmaz dərəcədə azdır: “Kredit ittifaqları könüllü birləşən fiziki şəxslərin və kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır. Onların fəaliyyəti “Kredit İttifaqları haqqında” Qanunla tənzimlənir.
Hazırda bu təşkilatların sayı 70-ə düşüb. Ümumi kreditləşmədə payı isə heç 1 faiz də deyil. Bir sıra hallada kredit ittifaqları formal fəaliyyət göstərir. Azərbaycanda təəssüf ki, bu maliyyə mexanizmi yaxşı işləyə bilmir. Əsas rolu banklar oynayır”.
Xatırladaq ki, bu gün Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarı ilə Azərbaycandada fəaliyyət göstərən 6 kredit ittifaqının lisenziyası ləğv olunub.
Bunlar Lənkəran rayonundakı “AMB” və “Qala”, Beyləqan rayonundakı “Əlinəzərli”, İmişli rayonundakı “İlkin”, Naxçıvan şəhərindəki “Mey” və Gəncə şəhərindəki “Murad” kredit ittifaqlarıdır. Son nəticədə ölkədə kredit ittifaqlarının sayı 76-dan 70-ə düşüb.
Turqut