OPEC iyunda neft hasilatını artıra bilər.
Trend-in məlumatına görə, bu barədə təşkilatın iyunda keçiriləcək iclasında müzakirələr aparılacaq.
Qeyd edək ki, 2016-cı ilin iyununda təşkilat ölkələri gündəlik hasilat həcminin 1,8 mln. barel azaldılmasına dair qərar qəbul ediblər. 2017-ci ilin əvvəlindən icra olunan qərarın müddəti iki dəfə artırılıb. Sonuncu dəfə müddət 2018-ci ilin sonunadək uzadılıb.
Sözügedən məsələ bu həftə Sankt-Peterbuqrda Rusiya, Səudiyyə Ərəbistanı və BƏƏ nazirləri arasında müzakirə mövzusu olacaq.
OPEC-in iclası isə iyunun 22-də Vyanada keçiriləcək.