Allahverdi Paşayev “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə yeni icraçı direktor təyin edilib.
Strateq.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən bildiriblər. A.Paşayev 2008-ci ildən İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə, son təyinatdan əvvəl isə şöbə müdirinin müavini vəzifəsində çalışıb. Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr və magistr təhsili alıb. İngilis və rus dillərini bilir.