“Brent” markalı xam neftin bir barrelinin qiyməti yenidən 80 dolları keçib.
Azərtac xəbər verir ki, “Light” markalı xam neftin bir barrelinin qiyməti isə 72 dolları ötüb.
Hazırda Londonun ICE birjasında “Brent” markalı neftin bir barreli 80,02 dollara, Nyu-Yorkun NYMEX birjasında “Light” neftinin bir barreli isə 72,35 dollara alıcı axtarır.
Xatırladaq ki, “Brent”in bir barrelinin qiyməti sonuncu dəfə mayın 17-də 2014-cü ildən qeyd edilən tarixədək ilk dəfə 80 dolları keçmişdi.