XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 May 2018 - 13:37

“Ölkədə dövlət borcu düzgün müəyyən edilmir, böyük problemlər yarada bilər” –EKSPERT ŞƏRHİ

 

“Hökumətin kreditlər götürüb layihələr icra etməsində mənfi heç nə yoxdur, amma digər tərəfdən də dövlət borcunun artması narahatlıq yaradır”.

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli dövlət borcuları ilə bağlı məsələni “Exo” qəzetinə şərh edərkən deyib. Onun sözlərinə görə, əslində, Azərbaycanın xarici kreditorlar önündə öhdəliklərini yerinə yetirmək məqsədilə başqa yolu yoxdur: “Buna əsas sponsoru Azərbaycan olan “Cənub qaz dəhlizi» nümunəsində baxmaq olar. CQD Azərbaycan qazının Türkiyə üzərindən Avropaya nəqli üçün boru kəmər infrastrukturu yaradılmasını nəzərdə tutan çoxmilyardlı layihə deməkdir”.

Ekspertin qənaətincə, ən azı 2020-ci ilə kimi Azərbaycan bu layihəni maliyyə baxımından dəstəkləməlidir. N.Cəfərli Azərbaycan qazının Avropaya 2020-ci ildən 10 milyard kubmetr olmaqla nəql ediləcəyini, layihənin ümumi dəyərinin isə 41.5 milyard dollar olduğunu xatırladıb:  “CQD işə salındıqdan sonra əldə edilmiş gəlirlərin bir hissəsi borcların bağlanmasına xərclənəcək, yəni, ilk illər bu layihədən büdcəyə irihəcmli pullar daxil olmayacaq. Bundan əlavə, bəzi layihələr də maliyyələşməyə ehtiyac duyurlar. Odur ki, kreditləşdirmə artacaq, gələcəkdə isə xarici kreditin artması ölkə iqtisadiyyatına böyük problemlər yarada bilər.

N.Cəfərli bildirib ki, hökumət bu məqsədlə əlavə kreditlər götürmək niyyətindədir və ölkə hələlik maliyyə öhdəliyini yerinə yetirmək gücündə olduğundan ona kredit ayırmaqda tərəddüd etmirlər. O, Azərbaycanda həcmi 40 milyard dollardan çox olan Neft Fondu kimi «təhlükəsizlik yastığı» olduğunu yada salıb.

Amma iqtisadçı hesab edir ki, ölkədə dövlət borcu düzgün müəyyən edilmir, o, cəmi 4 il öncə xarici borcun ÜDM-nin cəmi 8%-nə bərabər olduğu halda, indi bu rəqəmin 22% təşkil etdiyini vurğulayıb.