XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

30 May 2018 - 21:09

“Cənub Qaz Dəhlizi” layihəsinə 30 milyard dollardan çox vəsait sərf edilib- Rəsmi

Bu ilin aprel ayının sonunadək “Cənub Qaz Dəhlizi” layihəsinə tərəfdaşlarla birgə 30 milyard dollardan çox vəsait xərclənib.

Azərtac xəbər verir ki, bu barədə Bakıda keçirilən XXV “Caspian Oil and Gas” konfransında “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin (CQD) baş direktoru Əfqan İsayev deyib.

O qeyd edib ki, həmin vəsaitdən ümumi dəyəri 22,7 milyard dollar təşkil edən “Şahdəniz-2” layihəsinə 17,7 milyard dollar, dəyəri 4,6 milyard dollar olan Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinə 4,2 milyard dollar, TANAP-a 5,4 milyard dollar, TAP layihəsinə isə 2,9 milyard avro sərf olunub.