XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 May 2018 - 10:13

Azərbaycan neftinin qiyməti 79 dollara çatır –Birja məlumatları

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,15 dollar bahalaşaraq 78,59 dollar olub.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,14 dollar azalaraq 77,36 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,05 dollar ucuzlaşaraq 66,16 dollar təşkil edib.