XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

20 Aprel 2015 - 12:29

Mərkəzi Bank banklarla bağlı qərar verdi – SİYAHI

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 2014-cü ilin yekunlarına görə “Nağdsız ödənişlər üzrə lider bank”, “Elektron bankçılıq xidmətlərində lider bank”, “Təsərrüfat subyektlərində nağdsız ödənişlər üzrə lider bank” və “Elektron ticarətin inkişafında lider bank” nominasiyaları üzrə müsabiqə keçirilmiş və ayrı-ayrılıqda nominasiyalar üzrə aşağıdakı qaliblər mükafatlandırılıb.

Strateq.az Mərkəzi Banka istinadən müsabiqənin nəticələrini təqdim edir:

“Nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə:
I yer “Bank of Baku” ASC;
II yer “AFB Bank” ASC;
III yer “Bank Respublika” ASC.

“Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyası üzrə:
I yer “Bank Respublika” ASC;
II yer “Bank of Baku” ASC;
III yer “Bank Technique” ASC.

Təsərrüfat subyektlərində nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə:
I yer “Bank of Baku” ASC;
II yer “Azərbaycan Beynəlxalq Bankı” ASC;
III yer “Unibank” ASC.

“Elektron ticarətin inkişafında lider bank” nominasiyası üzrə:
I yer “Azərbaycan Beynəlxalq Bankı” ASC;
II yer “Unibank” ASC;
III yer “Kapital Bank” ASC.

Eyni zamanda, müsabiqədə daha aktiv olan bankların fəaliyyətlərinin qiymətləndirilməsi məqsədi ilə nominasiyalar üzrə ilk onluğa daxil olan aşağıdakı banklara Mərkəzi Bank tərəfindən təşəkkür məktubu təqdim edilib:

“YapıKredi Bank Azərbaycan” QSC;
“Dəmirbank” ASC;
“AGBank” ASC;
“Ata Bank” ASC;
“Access Bank” ASC;
“Bank Standard” ASC;
“Paşa Bank” ASC;
“Naxçıvanbank” ASC;
“Nikoyl Bank” ASC;
“Bank Silk Vey” ASC.

Məlumatda o da bildirilir ki, Mərkəzi Bank bundan sonra da ölkədə nağdsız ödənişlərin inkişafı və elektron ödəniş xidmətlərinin istifadəsinin kütləviləşdirilməsi istiqamətində bank sektoru ilə birgə aktiv fəaliyyətini davam etdirəcək.