XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

04 İyun 2018 - 11:49

Ləğv prosesində olan 5 bankın 23 əmlakı ilk dəfə hərraca çıxarılır –Fond

 

Əmanətlərin Sığortalanması Fondu Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan QSC “Bank Standard” KB, “Texnikabank”, “Zaminbank”, “Royalbank” və “Bank of Azərbaycan” ASC-lərin balansında olan daşınar və daşınmaz əmlaklarını 63 lot üzrə satışa çıxarır.

Bu barədə “APA-Economics”ə Fonddan məlumat verilib.

“23 lot üzrə əmlak birinci dəfə hərraca çıxarılır, 16 lot üzrə – ikinci dəfə, 14 lot üzrə – üçüncü dəfə, 10 lot üzrə isə dördüncü dəfə hərraca çıxarılır”, – deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, hərraclar 11 iyun, 25 iyun və 2 iyul 2018-ci il tarixlərində keçiriləcək.