XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 İyun 2018 - 20:25

MOSKVANIN “UCUZ ENERJİ” TAKTİKASI –Putin niyə neftə görə çox pul istəmir?  (TƏHLİL)

Rusiya prezidenti deyir ki, bizi 60 dollar qane edir. Və onun bu sözləri neft qiymətini aşağı düşməyə məhkum edir. Qəfil strategiya dəyişikliyi nə ilə əlaqədardır?

“Frankfurter Allgemeine Zeitung” nəşrinin iqtisadi icmalçısı Kristian Zidenbidel (Christian Siedenbiedel) oxucularına belə bir sual ünvanlayır.

““Brent” markalı neft bir həftə ərzindən 80 dollardan təxminən 76 dollara kimi dəyər itirib. (…) Neft qiymətinin aşağı düşməsinə əsasən Rusiya və Səudiyyə Ərəbistanının bəyanatları təsir edib. Onlar hasil etdikləri neft həcmini artırmaq istədiklərini bildiriblər. Bundan başqa, Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, Moskvanı 60 dollar qane edir. Yəni, bugünkü qiymətdən da aşağı qiymət”, – məqalədə deyilir.

“Bunun arxasında nə durur? Niyə Rusiya öz neftinə görə indiyədək aldığından daha çox pul almaq istəmir? Moskva və Ər-Riyad mövqeyinə bu cür əsas gətirir ki, Venesuelada yaşanan böhran, digər “OPEC” ölkələrinin üzləşdiyi problemlər və Vaşinqtonun İrana qarşı mümkün yeni sanksiyaların nəticələrindən dolayı itirilən neft həcmini hasil edilən əlavə neft ilə kompensasiya etmək istəyirlər”, – məqalə müəllifi qeyd edir.

“Commerzbank” analitiklərinin hesablamalarına əsasən, bu gün hasilatçı ölkələrin neft həcminin azaldılması sazişi üzrə razılaşma “artıqlaması ilə yerinə yetirilib”. Uzun müddət çoxları “OPEC” və Rusiyanın ümumiyyətlə həcmin azaldılması haqqında bəyanatlarına sadiq qalacağına şübhə ilə yanaşıb”, – nəşr məlumat verir.

22-23 iyun kartelin Vyanada keçiriləcək iclasında Səudiyyə Ərəbistanı və Rusiyanın neft hasilatı həcminin azaldılması haqqında məsələ qaldırıla bilər. “Söhbət sutkalıq əlavə bir milyon barellik həcmdən gedir ki, bu da dünya tələbatının təxminən 1%-ni təşki edir”,- məqalədə deyilir.

“Niyə hər iki iştirakçı qiymətin qaldırılması strategiyasından həcmin artırılması strategiyasına keçib?” – Zidenbidel maraqlanır.

“Rusiya çoxdandır 80 dollar və daha yuxarı qiymətə iki cür münasibət bəsləyir”, – “Helaba” bankının xammal analitiki Haynrix Peters (Heinrich Peters) bildirib. “Səudiyyə Ərəbistanı neft şirkəti “Saudi Aramco”-nun birjaya çıxışı ərəfəsində 80 dollara qarşı olmayıb. Hərçənd birjaya çıxış 2019-cu ildən tez olmayacaq”,– ekspert vurğulayır.

Məqalə müəllifi qeyd edir ki, “kartel və Rusiya iki səbəbdən dolayı neft qiymətinin hədsiz yüksək olmasını istəmir. Birinci səbəb onunla əlaqədardır ki, yüksək qiymət başqa ölkələrdən olan rəqibləri hasilat həcmini artırmasına səbəb ola bilər. Bu da onlara lazım deyil. Amerikada səyahətlər mövsümü yaxınlaşır və bahalı yanacaq payızda keçiriləcək parlament seçkilərinə heç də yaxşı ilkin şərait yaratmır”.

“İkinci səbəb tələbata reaksiya ilə əlaqədardır. Əgər neft qiyməti uzun müddət yüksək olaraq qalsa, bu, konyunktura mənfi təsir göstərə və digər enerji mənbələrinə keçmək üçün imkan yarada bilər. “Commerzbank” təşkilatının analitiki Karsten Fritşin (Carsten Fritsch) sözlərinə görə, bu da avtomobil sahiblərinin qənaət etməsinə gətirib çıxara, yaxın gələcəkdə neftə olan tələbatı aşağı sala bilər ki, bu da hasilatçı ölkələrə sərf etməyəcək”.

Müəllif qeyd edir ki, Rusiyanın bununla bağlı geostrateji xarakterə malik fikri var. Analitik Peters hesab edir ki, Rusiya üçün sərhəd dəyər 30 dollar təşkil etdiyi üçün 60 dollar kifayət qədər qəbul edilə bilən qiymətdir. Hazırda həm Amerika, həm digər ixracatçılar Asiya bazarlarına can atır. Rusiya neft ixracını divefikasiya etməklə orada iştirakını genişlətməyi planlaşdırır. “ABŞ Avropadakı müttəfiqlərinə enerji məhsullarından daha çox şey satmaq istəyir”, – müəllif qeyd edir. “Rusiya artıq qaz tədarükü üçün Çinin ağır şərtləri ilə razılaşmalı olub”, – Peters bildirib.

(Xpressa.net)