XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

05 İyun 2018 - 09:44

“JEK” müdiri ərik ağacını kəsdi –  Nazirlik onu 5 min manat cərimə etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 60 saylı binanın qarşısında ağac kəsintisi ilə bağlı daxil olan şikayət Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, ünvana keçirilən baxış zamanı köküstə yaş 16 sm diametriliyində 1 ədəd ərik ağacının tikinti işləri aparılan zaman kəsildiyi və təbiətə 900 manat ziyan dəydiyi məlum olub.

Faktla bağlı Nəsimi rayon 31 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Vidadi Həsənov barəsində protokol tərtib olunub və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələnib.

Tikintinin dayandırılması üçün Bakı şəhər və Nəsimi rayon İcra Hakimiyyətlərinə telefonoqram göndərilib.