XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

05 İyun 2018 - 12:50

ABŞ-ın sanksiyası Neftçaladakı avtomobil zavodunu “vurdu” –Fransa şirkəti İranla əməkdaşlığı dayandırdı

  

Fransanın avtomobil istehsalçısı PSA  İranın avtomobil şirkətləri ilə ortaqlıq fəaliyyətlərini 6 avqusta qədər təxirə saldığını açıqlayıb.

Fransanın avtomobil istehsalçısı PSA ABŞ-ın İran ilə nüvə müqaviləsindən çıxması qərarından sonra bu ölkədəki fəaliyyətlərini 6 avqusta qədər təxirə saldığını açıqlayıb.

“Peugeot” və “Citroen” kimi avtomobil brendlərinin daxil olduğu PSA Qrupundan verilən açıqlamada, bir razılaşma əldə etmək məqsədilə ABŞ rəhbərliyilə müzakirələrin davam etdiyi bildirildiib.

Açıqlamada, “14 İyul 2015-ci ildə Vyanada imzalanan nüvə müqaviləsi və ardından 16 yanvar 2016-da İrana tətbiq edilən sanksiyaların ləğv edilməsindən sonra PSA Qrupu, 21 iyun 2016-da “İran Khodro” şirkəti və 6 oktyabr 2016-cı ildə “Saipa” şirkətilə tərəfdaşlıq müqaviləsi imzalamışdır”,- ifadəsinə yer verərək, bu müqavilələrin ABŞ, Avropa Birliyi (AB) və Fransa qanunlarına tam uyğun olduğu qeyd olunub.

ABŞ-ın 8 mayda nüvə müqaviləsindən çıxması qərarı verməsilə əlaqədar olaraq, “6 avqusta qədər ABŞ qanunlarına uyğun olmaq məqsədilə PSA Qrupunun bu müqavilələri təxirə salma prosesini başlatdığı” bildirilərək, Fransa hökumətinin dəstəyi ilə Qrupun möhlət əldə etmək üçün ABŞ rəhbərliyi ilə görüşləri də davam etdirdiyi bildirilib.

Açıqlamada, PSA Qrupunun məsələ ilə bağlı prosesləri yaxından izlədiyi və əlaqədar ölkələrin rəhbərləri ilə ünsiyyətdə olunduğu vurğulanıb.  PSA  ötən il İranda 444 mindən çox avtomobil  satmış, 2030-a qədər bu rəqəmləri üç dəfə artırmağı qarşısına məqsəd qoyduğunu bildirmişdi.

Qeyd edək ki, Azərbaycanın “AZƏRMAŞ” şirkəti tərəfindən Neftçala Sənaye Məhəlləsində “İran Khodro” avtomobillərinin istehsalı zavodu qurulmuşdur. Gələcəkdə zavodda “Renault” və “Peugeot” bir sira modellərinin istehsalı planlaşdırılır. Fransa şirkətinin “İran Khodro” ilə əməkdaşlığı dayandırması Neftçala Avtomobil Zavodunun fəaliyyətinə də pis təsir edə bilər. Çünki texnologiyalar Avropa istehsalçılarına aiddir.

Azərbaycan-İran biznes forumu çərçivəsində açılışı edilmiş “Khazar” Avtomobil Zavodu Neftçala Sənaye Məhəlləsindəki ən iri müəssisədir. Zavod regionun inkişafında, yeni iş yerlərinin yaradılmasında, ölkə iqtisadiyyatına investisiya qoyuluşunun artmasında, eləcə də Azərbaycan-İran iqtisadi əlaqələrinin genişləndirilməsində əhəmiyyətlidir. “Azərmaş” ASC və “İran Khodro” şirkətlərinin birgə yaratdığı zavodun ümumi dəyəri 15 milyon ABŞ dollarıdır. Zavodun səhmlərinin 75%-i “Azərmaş” ASC-yə, 25%-i isə “İran Khodro” şirkətinə məxsusdur. 10 hektar ərazidə tikilmiş avtomobil zavodunun illik istehsal gücü 10 min avtomobildir. Zavodda İran İslam Respublikası və Avropanın aparıcı ölkələrinin müasir texnologiyalar, avadanlıq və mexanizmləri əsasında “Runna”, “Samand”, “Soren”, “Dena”, “Peugeot-206”, “Peugeot-207”, “Renault-Tondar”, “Renault-Pickup” kimi avtomobil modelləri istehsal olunur. “Khazar” Avtomobil Zavodunda istehsal edilən avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur. Bu avtomobillər “Made in Azerbaijan” brendi altında həm yerli, həm də xarici bazarlara çıxarılacaq. İldə 2 min avtomobilin ixracı planlaşdırılır. Bu avtomobillərin MDB, Yaxın Şərq və Afrika ölkələrinə ixracı nəzərdə tutulur. (Fed.az)