Vahid Ələkbərov: “Rusiya yenidən liderlər cərgəsinə qayıdacaq”
Neftin qiymətində müşahidə olunan ucuzlaşma uzun müddət davam etməyəcək.
Strateq.az Rosbalt.ru-ya isnadən bildirir ki, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov ABŞ-da neft konfransında çıxış edərkən deyib ki, hazırda neftin qiyməti son həddə çatıb.
Onun sözlərinə görə, “Rusiya neft hasilatı üzrə liderlər sırasına qayıtmalıdır. Əminik ki, Arktikadakı genişmiqyaslı neft ehtiyatlarının istismara verilməsindən sonra Rusiya yenidən liderlər sırasında yerini bərpa edəcək”.