XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 İyun 2018 - 09:39

Əhalinin banklarda 7.8 milyard manatdan artıq pulu var –63 faizi xarici valyutada qoyulub

 

2018-ci il may ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 7 milyard 881,3 milyon manat təşkil edib.

Trend-in məlumatına görə, əmanətlərin 63,4 faizi xarici, 36,6 faizi isə milli valyutada qoyulub.

Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrunə nisbətən 1,8 dəfə artıb, xarici valyutada əmanətlər isə 5,2 faiz azalıb.