XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

22 İyun 2018 - 23:45

Tramp Avropanı hədələdi:“Bunu yığışdırmasalar, Avropa maşınlarına 20 faiz tarif qoyacağıq”

 

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqında yığılan və Amerikaya göndərilən avtomobillərə 20 faiz tarif tətbiq edə biləcəyini deyib.

O, bu addımı Avropanın ABŞ idxallarına qoyduğu tariflərə cavab olaraq atacağını deyib. Cümə günü yeni Aİ tarifləri qüvvəyə mindikdən sonra Tramp Tvitterdə yazıb: Əgər bu tariflər və baryerlər tezliklə aradan qaldırılıb, yığışdırılmasa, onda biz onların BŞ-a gələn bütün maşınlarna 20% tarif qoyacağıq.

Avtosənaye ekspertləri bu növ tariflərin ABŞ və Avropa iqtisadiyyatlarına zərbə vuracağını porqnozlaşdırır. “Bu, düyündür, sadə sual deyil,” – deyə Avropa Avto İstehsalçılar Assosiasiyasının (ACEA) kommunikasiya meneceri Kasper Piters maşınların bir yerdə yığılıb, başqa yerdə satılmasını izah edir.

Mart ayında ACEA-nın Baş Katibi Erik Connaert ABŞ-da maşın zavodları olan Avropa şirkətlərinin yerli iqtisadiyyatlarına təsirlərindən danışıb. Avropa avtoistehsalçıları təkbə ABŞ-a maşın ixrac etmirlər. Onlar həm də bu ölkənin özündə maşın istehsal edərək yerli işililyə və vergilərə töhfə verirlər,” Connaert deyib.

ABŞ Ticarət naziri Uilbur Ross bu həftənin əvvəlində rəhbərlik etdiyi nazirliyin idxal olunan maşın və maşın hissələrinin milli təhlükəsizliyə hədələri barədə araşdırmasını tamamlayacağını bildirib.

Cümə günü qüvvəyə minən Aİ tarifləri milyardlarla dollar həcmində Amerika mallarına, o cümlədən cins şalvarlara, burbon viksi və motosikletlərə şamil olunur. (Amerikanın Səsi)