XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

25 İyun 2018 - 17:12

“Pambıqçılığı oliqarxların inhisarından çıxarmaq lazımdır” –EKSPERT RƏYİ

“Pambıq sahələrində zəhərlənmələrlə bağlı məlumatlarda diqqətli olmaq lazımdır”.

Bu sözləri aqrar sektor üzrə mütəxəssis Vahid Məhərrəmov Azadlıq Radiosuna açıqlamasında son zəhərlənmə ilə bağlı hadisələri şərh edərkən deyib:

“Məsələ ondadır ki, pambıqçılar zərərvericilərə qarşı istifadə olunan kimyəvi maddələrdən zəhərləniblər. İddia olunur ki, həmin maddələr zərərvericilərə qarşı bir müddət əvvəl tətbiq olunub, bundan sonra gözlənilməli idi, zaman keçəndən sonra insanları sahələrə buraxmaq lazım idi. Yəni bu müddət başa çatmamış fəhlələri tarlaya gətiriblər və zəhərlənmə olub…”

Vahid Məhərrəmov hökumətin baş verənlərə reaksiyasını adekvat saymır: “Hələ də, hansı maddəddən zəhərlənmələrin baş verdiyi bəlli deyil. Əvvəlcədən hansı profilaktik tədbirlər görülmüşdü, yaxud görülməmişdi. Digər tərəfdən Saatlıda baş verən hadisədən dərhal sonra müvafiq orqanlar tədbirləri nəzarət altında həyata keçirməliydilər. Yəni Prezident Administrasiyasında aqrar şöbə var, o cümlədən Nazirlər Kabinetində, Kənd Təsərrüfatı Nazirliyində və icra hakimiyyətlərində bu sahəyə məsul şəxslər var. Gərək, elə həmin günü tarlalara səpilən maddələr nəzarətə götürülərdi və gətirilməsi dayandırılmalıydı. Amma bunlar gerçəkləşmədi”.

Ekspert hesab edir ki, pambığın indiki halda Azərbaycana heç bir faydası yoxdur: “Keçən il kəndlilər 10 milyon manat ziyana düşdü. Hökumət pambıqçılığı inzibati qaydada inkişaf etdirmıyi düşünür. Yəni bir-iki şirkət pambığın email və ixracı ilə məşğul olur, xüsusən onlar da gəlir götürür. O zaman pambıqçılığı Azərbaycan üçün faydalı etmək olardı ki, bu sahəni məmur-oliqarxların inhisarından çıxarıb fermerlərə verəydilər. Söhbət istehsalından, emalından və ixracından gedir. Yalnız bunlar həyata keçsə, ölkə üçün xeyrindən danışmaq mümkündür”.