XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

28 İyun 2018 - 10:18

İpoteka və Kredit Zəmanət Fondu 8 bankla müqavilə bağladı –Sahibkarlıq kreditləri üzrə zəmanətlər veriləcək

İpoteka və Kredit Zəmanət Fondunun sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi prosesinə başlanılması üçün zəruri təşkilati tədbirlər tam başa çatıb. 

Bu barədə Zəmanət Fondunun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, zəmanətlərin verilməsi üçün daxili prosedurlar, müvəkkil bankların siyahısı və zəmanət üzrə komissiyalar təsdiq edilib.

Sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi ilə bağlı ilkin olaraq 8 bankla müvafiq müqavilələr bağlanılıb. Hazırda sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi sahəsinə digər bankların cəlbi ilə bağlı daxil olmuş müraciətlərə baxılması davam edir.

Fondun müvəkkil banklarının siyahısı və zəmanət üzrə komissiyalar ilə www.mcgf.gov.az internet səhifəsindən tanış olmaq mümkündür.

Sahibkarlar (fiziki və hüquqi şəxslər) zəmanətlərin və faiz subsidiyalarının verilməsi ilə bağlı müvəkkil banklara müraciət edə bilərlər/Report.