XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

28 İyun 2018 - 20:19

Prezident İlham Əliyev yeni planı təsdiqlədi –İdxal-ixrac əməliyyatları ilə bağlı

Prezident İlham Əliyev bu gün “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Strateq.az bildirir ki, sərəncamda Nazirlər Kabinetinə tapşırılır ki, sərəncamla təsdiq edilmiş Tədbirlər Planının icrasının aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməsini təmin etsin və görülmüş işlər barədə rübdə bir dəfə, hər rübdən sonrakı ayın 25-dək Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; sərəncamdan irəli gələn digər məsələləri həll etsin.