XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

29 İyun 2018 - 13:35

Milli Məclis “Statoil”la bağlanmış daha bir neft sazişini təsdiq etdi –Deputatlar səs verdi

 

 Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi–Dan Ulduzu-Aypara” sahəsinin kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında”  Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Statoil Azərbaycan Əşrəfi – Dan Ulduzu – Aypara” və SOCAR-ın ortaq neft şirkəti arasında sazişin qəbulu və təsdiq edilməsinə, həyata keçirilməsinə razılıq verilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

“APA-Economics” xəbər verir ki, Milli Məclis qanun layihəsini qəbul edib.

Qeyd edək ki, “Əşrəfi-Dan Ulduzu-Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” (HPBS) haqqında saziş bu il mayın 30-da SOCAR-la Norveçin “Equinor” (keçmiş “Statoil”) şirkəti arasında imzalanıb.  Sazişi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Equinor” qrupunun yataqların kəşfiyyatı üzrə icraçı vitse-prezidenti Tim Dodson imzalayıblar.

HPBS çərçivəsində seysmik kəşfiyyat işlərinin yerinə yetirilməsi və ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur.

“Dan Ulduzu” və “Əşrəfi” perspektiv strukturları Xəzər dənizində, Bakıdan şimal-şərqə doğru 100-110 kilometr məsafədə yerləşir. Burada dənizin dərinliyi 80-180 metrdir. “Aypara” sahəsi Bakı şəhərindən 90 kilometr şimal-şərqdə, açıq dənizdə yerləşir, 1980-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib.