XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

09 İyul 2018 - 10:08

Səudiyyə Ərəbistanı xəbərdarlıq edir –NEFT 100 DOLLARA QALXA BİLƏR

Cümə günü “Baker Hughes”ın açıqladığı məlumatlara görə, ABŞ-da neft qazma qurğularının sayı ötən həftə 5 artaraq 863-ə qalxıb. Bu artım neft qiymətlərinin müvəqqəti düşməsilə nəticələnib və bazar ertəsi neft qiymətləri yenidən yüksəlir.

“ICE Futures Europe”ın məlumatlarına görə, hedc fondları Brent neftinin düşəcəyi gözləntiləri ilə açdıqları mövqe (qısa mövqe) sayını beş həftə ardıcıl azaldıblar. Kanada, Liviya və Venesuelada hasilatın azalması müşahidə olunur. Bu azalma Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və tərəfdaşlarının artırdıqları hasilatı bağlayır.

Səudiyyə Ərəbistanı, ABŞ-ın təzyiqi ilə müttəfiqlərinin İrandan neft alışını dayandırmaları halında qiymətlərin 100 dollara qalxa biləcəyi barədə xəbərdarlıq edib. Yüksələn qiymətlərə görə ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına hasilatı artırması üçün təzyiq göstərir. Neft istehsal edən ölkələrin hasilatlarını artırmaları imkanları da məhduddur. Tələbin ödənilməməsi qiymətlərin daha da yüksəlməsilə nəticələnə bilər.

Bakı vaxtı ilə saat 08:30-a olan məlumata görə, Qərbi Texas nefti (WTI)  Nymex birjasında 0,4% bahalaşma ilə 74,10 dollardan,  Brent nefti, Londonda ICE Futures Europe birjasında 0,5% bahalaşma ilə 77.47 dollardan alıcı tapıb. (Marja.az)