XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 July 2018 - 12:57

Ziya Məmmədovun ləğv olunmuş bankının əmlakı satışa çıxarılıb –Siyahıda daha 4 bank var

 

 

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan “Bank Standard” QSC, “Texnikabank”, “Zaminbank”, “Dekabank”, “Bank of Azərbaycan” və “Qafqaz Inkişaf Bankı” ASC-lərin balansındakı daşınar və daşınmaz əmlakların 45 lot üzrə satışa çıxarır.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, 7 lot üzrə əmlak birinci dəfə, 17 lot üzrə ikinci dəfə, 10 lot üçüncü dəfə, 11 lot üzrə dördüncü dəfə hərraca çıxarılır.

Hərraclar 16 iyul, 30 iyul və 06 avqust 2018-ci il tarixlərində keçiriləcək.

Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında keçiriləcək.