XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 İyul 2018 - 14:35

İşçilərini müqaviləsiz işlədən şirkətlər cəzalanacaq –Dövlət sifarişlərindən məhrum olunacaqlar (RƏSMİ)

 

Azərbaycan hökuməti işçiləri müqaviləszi işlədən şirkətlərə qarşı ciddi tədbirlərə hazırlaşır.

FED.az-a hökumətdən verilən məlumata görə, tədbirlər eyni zamanda bir nçə məsələni əhatə edəcək.  Söhbət həm böyük məbləğdə cərimələrdən, həm də belə şirkətlərin dövlət sifarişlərindən kənarda qalmasından gedir.

Bu sahədə maraqlı yeniliklərən biri tikinti sektoruna aid olacaq. Xatırladaq ki, tikinti sahəsi işçilərin müqaviləsiz işlədildiyi və vergidən yayınan əsas sahələrdəndir.  Bunun qarşısını  almaq üçün planlaşdırılır ki, sifarişçi ilə podratçı, podratçı ilə subpodratçı arasında tikinti və təmir müqavilələri yeni qaydada bağlansın. Belə ki, bu müqavilələrdə tikinti və təmirin ümumi dəyəri, əməkhaqqı fondu, əmək məsrəfi (işçilərin sayı), təqvim planı, əldə olunacaq mənfəətin (gəlirin), vergi və sosial sığorta haqlarının həcmi ilə bağlı müddəalar məcburi şəkildə əks etdirilməlidir. Başqa sözlə, şirkətlər müqavilə bağlayanda görülən işlərlə yanaşı, bu işlər zamanı nə qədər işçinin çalışacağı, onlara nə qədər əmək haqqı veriləcəyi və ödəniləcək vergilər də göstəriləcək.  Hazırda bunnula bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır.

Ən maraqlı məsələlərdən biri işçilərlə əmək müqaviləsi bağlamayan şirkətlərə qarşı tətbiq olunacaq yeni sanksiyadır. Belə ki, planlara görə, işçilərini müqaviləsiz işlədən və buna görə cərimə edilən şirkətlər bir illik müddətə dövlət satınalmalarında iştirakına qadağa qoyulacaq.

Hazırda bununla bağlı da təkliflər hazırlanır.

Bundan başqa, qeyri-rəsmi məşğulluğun aşkar edilməsi üçün aparılan nəzarət tədbirlərində videoçəkilişlərin aparılması və elektron protokolların tərtibi də panladırılır.