XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

15 Yanvar 2016 - 16:38

Rusiya Əmanət Bankının rəhbəri: “Neft erası başa çatdı”

qref“Neft erası sona çatdı”.

Strateq.az bildirir ki, bu sözləri Rusiya Əmanət Bankının rəhbəri, keçmiş iqtisadi inkişaf naziri German Qref bildirib. Onun sözlərinə görə, dünyanın ən nəhəng karbohidrat istehlakçısı Çin böyük sürətlə alternativ enerji mənbələri yaradır.

Qref bildirib ki,  Çin yaxın illərdə yenilənmiş enerji mənbələri hesabına özünü elektik stansiyalarının gücünü 560 GVt-a çatdırcaq. “Müqayisə etsək, bu, Rusiyanın bütün enerji gücündən 2.5 dəfə çoxdur”,- deyə Qref 2016-cı Qaydar Forumunda çıxışı zamanı vurğuayıb.

Rusiyanın vahid enerji sisteminin gücü ötən ilin dekabrına olan məlumata görə, 235 GVt olub. Çində isə bu 1300 GVt olub: “Proqnoza görə bu templə alternativ enerji mənbələri yaradan Çin tezliklə enerjinin 45 faizini ənənəvi enerji mənbələrindən almayacaq. Bu bizim kömürdür. Biz Çin bazarında satılmaq üçün hesablanmış bu kömürə çoxlu investisiya qoyuruq və ixrac edirik.  Bura həmçinin karbohidrogen ehtiyatları daxildir”.   

Qrefin sözlərinə görə, neft erası artıq keçmişdə qalıb. “Bu eranın qalıqları elektromobil istehsalı üçün lazım lan infrastrukturun yaradılması başa çatanadək daha 10 il davam edə bilər. Mən ilk dəfə elektriklə işləyən Tesla avtomobilinə əyləşəndə başa düşdm ki, bu artıq gələcəkdir. Təəssüf ki, bu gələcək bizim gözlədiyimizdən tez gəldi”, -deyə Qref vurğulayıb.

 X. SƏFƏROĞLU

Strateq.az