XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

10 İyul 2018 - 14:11

Azərbaycanda daha 44 dövlət əmlakı hərraca çıxarıldı –SİYAHI

Əmlak Məsələləri Dövlət Komitəsi avqust ayının ilk hərracına 44 dövlət əmlakı çıxarıb.

Strateq.az Komitəyə istinadən xəbər verir ki, avqustun 7-də baş tutacaq hərracda investorlar 17 səhmdar cəmiyyəti, 12 kiçik dövlət müəssisə və obyekti, 15 qeyri-yaşayış sahəsi arasında seçim edə biləcək:

“Hərraca təqdim edilən Şirvan şəhəri, Salyan şossesində yerləşən “Anar” ASC-nin nizamnamə kapitalı 605 min 138 manatdır. Səhmlərinin 30%-i hərraca çıxarılan bu dövlət əmlakı yeyinti məhsulları istehsalı sahəsində investorun iqtisadi potensialını artıra biləcək.

Hərraca ərazi müxtəlifliyi ilə bərabər, hər bir investorun büdcəsinə uyğun ola biləcək dövlət əmlakları da çıxarılıb. Bakı, Salyan, Astara, Biləsuvar və digər bölgələrdə yerləşən əmlakların ilkin hərrac qiyməti 500 manat ilə 1 milyon 500 min manat aralığındadır.

Torpaq sahəsi ilə birgə özəlləşdirilməsi nəzərdə tutulan Lənkəran rayonu, Darquba kəndində yerləşən əmlak kompleksinin ümumi faydalı sahəsi 62 kv.m, ilkin hərrac qiyməti 15 min manatdır. Hərraca həmçinin Salyan rayonunda Yüksəliş yardımçı təsərrüfatı, Qobustan şəhərində Taxıl qəbulu məntəqəsi, paytaxtın Xəzər rayonunda 103 saylı yanacaqdoldurma məntəqəsi kimi dövlət əmlakları da çıxarılıb.

Auksiona təqdim edilən qeyri-yaşayış sahələrinin 13-ü Bakıda, 2-si Gəncə və Mingəçevirdə yerləşir”.