“ABŞ-ın sanksiyalarına cavab olaraq İran neft ixracının həcmini maksimuma çatdıracaq.
Bu barədə İranın I vitse-prezidenti İshaq Cahangiri bildirib.
“Düşmən bizim məhsulların (neft, polad, mis) ixracını tam dayandırmaq istəyir. ABŞ-ın sanksiyasının cavabında biz neft ixracını maksimuma çatdırmaq niyyətindəyik. Çətinləşən vəziyyətdə poladın da istehsalını və ixracını artırmaq məqsədəuyğundur”,- o bildirib/Report.