Bu il iyunun 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) malik olduğu daşınmaz əmlakın dəyəri 2,2 mlrd. ABŞ dolları təşkil edib.
“Report” xəbər verir ki, bunu ADA Universitetində keçirilən Bakı Yay Enerji Məktəbində Fondun icraçı direktorunun müavini İsrafil Məmmədov bildirib.
Onun sözlərinə görə, bunun 73%-ni birbaşa investisiya, 27%-ni isə dolayı investisiyalar təşkil edib.