XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

13 İyul 2018 - 19:07

Bu ilin altı ayında 19 milyon ton xam neft çıxarılıb –Qaz hasilatı isə azalıb

 

Cari ilin yanvar-iyun aylarında Azərbaycanda 19 milyon 341,2 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 14 milyard 497,7 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmin 8 milyard 883,6 milyon kubmetrini əmtəəlik təbii qaz təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yarım ildə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 17,2 milyard manat olmaqla əvvəlki ilin yanvar-iyun aylarına nisbətən 0,3 faiz azalıb.

Ölkədə neft istehsalı 0,9 faiz artıb, qaz hasilatı isə 4,9 faiz azalıb.