XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

19 Yanvar 2016 - 13:07

Gömürk Komitəsi sahibkarı süründürmələrindən xilas edəcək xidmətini açıq elan etdi

gomrukİdxal-ixrac əməliyyatları haqqında arayışı gömrük orqanına gəlmədən almaq, sərhəd-gömrük buraxılış məntəqələrindən sürətli keçmək, dövlət sərhədindən keçiriləcək valyuta, mal və ya nəqliyyat vasitəsinin bəyan edilməsinə vaxt itirməmək, gömrük rəsmiləşdirilməsi ilə bağlı sənədləri gömrük orqanına gəlmədən təqdim etmək və Mərkəzi Gömrük Ekspertiza İdarəsinə elektron müraciət etmək üçün Dövlət Gömrük Komitəsi Xarici İqtisadi Fəaliyyət İştirakçısına internet səhifəsindəki elektron gömrük xidmətlərini təqdim edir.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, əgər sərhəd-gömrük buraxılış məntəqələrindən keçərkən gömrük nəzarətindən sürətli keçmək istənilirsə, onda gömrük biznes əməkdaşlığı bölməsində Xarici İqtisadi Fəaliyyət iştirakçısının şəxsi kabinetinə daxil olaraq sərhəddən keçirilən mal və nəqliyyat vasitələri haqqında məlumatları əvvəlcədən göndərilməlidir.

Şəxsi kabinetə girmək üçün istifadəçi adı, şifrə və VÖEN nömrəsi daxil edilməli, sol tərəfdəki menyudan sərhəddən keçirilən malların ilkin bəyan olunması, sərhəddən keçirilən nəqliyyat vasitəsi haqqında məlumat alınması, gömrük rəsmiləşdirilməsi üçün müraciət, rəy, məktub və şikayət, Mərkəzi Gömrük Ekspertiza İdarəsinə müraciət, rəsmiləşdirmə üçün tələb olunan sənədlərin surətləri və qeydiyyat məlumatlarına düzəliş kimi əməliyyatları asanlıqla həyata keçirmək mümkündür. Bu halda vətəndaş sərhəddə çatana kimi sənədlər hazır olacaq.