XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 July 2018 - 23:56

Azərbaycan nefti ucuzlaşıb –Birja qiymətləri

 

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 74,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,17 dollar dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 12-də 73,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3,19 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 12-də 70,14 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 3,19 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə iyulun 12-də 72,17 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,97 dollar/barel azdır.